respublikainfo

Astan Şahverdiytevlə bağlı daha bir - Qalmaqal

28-12-2016, 16:49

Astan Şahverdiytevlə bağlı daha bir - Qalmaqal

















“Millət vəkili Astan Şahverdiyevin açıqlamasını oxudum. O sözləri Azərbaycan deputatından gözləməzdim. Bu, mənə çox pis təsir etdi, səhərə qədər yata bilmədim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.

Müğənni millət vəkilinin qalmaqallı açıqlamasına sərt etirazını bildirib:

“Azərbaycan xalqı “otxod” deyil. Azərbaycan xalqının alimləri, professorları, sadə fəhlələri, musiqişünasları var. Xaricdə yaşayan azərbaycanlılar bizi çox gözəl qarşılayır və çiyinlərinin üstündə gəzdirirlər. Sən bazarda işləyən insana necə “alverçi”, “otxod” deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq”.

F. İbadova Astan Şahverdiyevin onun torpağını mənimsəməsindən də söhbət açıb:

“Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Torpaq sahəmə görə məhkəməyə müraciət etdim. Torpağımı 8 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Sizin kürəkəniniz mənim pulumu ödəmədi, Astan müəllim”.

Qeyd edək ki, əməkdar artist bir neçə il əvvəl açıqlamasında millət vəkili Astan Şahverdiyev onun torpağını mənimsədiyini söyləmiş, etiraz olaraq 3 gün aclıq aksiyası keçirmişdi.

Astan Şahverdiytevlə bağlı daha bir - Qalmaqal


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 189}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17