respublikainfo

Ukraynalı parlamentari yeni müdafiə naziri olmağa hazırlaşan şəxsin adını açıqlayıb

31-08-2023, 17:14

Oxu .az. saytı verdiyi məlumata əsasən.
Ukraynalı parlamentari yeni müdafiə naziri olmağa hazırlaşan şəxsin adını açıqlayıb

Ukraynalı parlamentari Yaroslav Jeleznyak iddia edib ki, ölkənin müdafiə naziri Aleksey Reznikov gələn həftə tutduğu postu tərk edəcək.

O bildirib ki, A.Reznikovun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerovun namizədliyi irəli sürüləcək.  

A.Reznikov isə Ukraynanın Böyük Britaniyadakı səfiri təyin ediləcək.

Y.Jeleznyakın sözlərinə görə, rotasiya sentyabrın ilk həftəsində baş tutmalıdır və artıq bəzi səfirliklərə yeni qərarla bağlı məlumat verilib.

Mənbə: Unian


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 114}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17