Goranboy rayon Tap kənd Fəxrəddin Rüstəmov adına tam orta məktəbində.
İqtisadiyyatda baş verən yüksəliş bütün sahələrin, o cümlədən, təhsilin də yüksək xətt üzrə inkişafı üçün mühüm rol oynayıb.
Təhsil kompleks şəkildə inkişaf etdirilir.
Təhsil sisteminin idarə olunmasında başlıca amillərdən biri də məktəb rəhbərlərinin öz yerində olması, onların təşkilatçılığı və idarə olunmaya müasir metodlarla yanaşmalarıdır.
Bu yaxında Goranboy rayon Tap kənd tam orta məktəbində olarkən məktəb rəhbərlərinin şagirdlərə, texniki işçilərə, hər bir pedoqoji işçilərə necə səmimi yanaşıb, onlara dəyərli məsləhətlər vermələrinin şahidi oldum.
Onu da qeyd edim ki, regionların sosial-iqtisadi inkişafı tələblərinin məsuliyyətlə yerinə yetirilməsi bu rayondan da yan keçməyib. Goranboy şəhərinə daxil olarkən hər tərəfin abadlaşdırılmasının, bir sözlə, gözəlləşdirilməsinin şahidi oldum.
Məktəbin həyətinə daxil olduqda, necə deyərlər, adamın ağzı açıla qalır. Hər tərəf, səliqə-sahman, yaşıllıq adamı heyran edir.
Məktəbə daxil olduqda tam sakitlik idi. Şagirdlər dərsdə idi. Məni növbətçi müəllim qarşıladı. Məktəbin foyesində Ulu Öndərə aid stent, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyeva aid stent göz oxşayırdı.
Dəhlizdə isə dərs, növbətçi cədvəllər, müxtəlif fənlər üzrə bülletenlər məktəbin şagird təşkilatının divar qəzeti ‘Şərəf lövhəsi’ , ‘Qabaqcıl müəllimlər’, ‘Məktəbin məzunları’ adlı stendlər və foto-montajlar səliqə ilə asılmışdı.
Müəllimlər otağına daxil olanda bir-iki müəllim oturub nəyə isə baxırdılar, deyəsən tədris işləri üzrə direktor müavini hansı müəliminsə dərsini dinləməyə getmişdi.
Özümü təqdim etdim və otağı seyr etməyə başladım.
Divarda dərs cədvəli, fakültativ məşğələlər cədvəli, dərs dinləmənin qrafik planları, müasir dərsə aid maarifləndirici cədvəllər və başqa materiallar ‘Pedaqoq’ divar qəzeti, qabaqcıl müəllimlərin iş təcrübələrinə aid sənədlər asılmışdır.
Zəng çölə vurulanda müəllimlər, tədris işləri üzrə direktor müavini , direktor əllərində jurnal içəri daxil oldular. Direktor məni öz otağına dəvət etdi. Söhbət əsasında məlum oldu ki, direktor Səmadil Gülməmmədova Bəhərçi qızıdır.
Səmadil müəllimə illik, rüblük iş planlarına, tədbirlərin keçirilməsinə aid protokol kitabına, dərs dinləmə dəftərinə, şəxsi təhsil planına baxdıqda gördüm ki, burada hər şey-qeydlər üst-üstə düşür və sənədlər savadla işlənmişdir, o cümlədən, valideyn komitəsinin işləri də qaydasındadır.
Səmimi söhbətdən sonra məktəbin laboratoriyasına, kitabxanasına, gənclər təşkilatının otağına getdik. Burda da hər şey öz qaydasında idi. Ələlxüsus məktəb kitabxanasının işi kitabxanadan istifadə istər şagirdlər, istərsə də müəllimlər tərəfindən qənaətbəxşdir.
Direktorla məktəbin həyətinə düşdükdə texniki işçilərin hərəsi bir işlə məşğul idi. Bəzisi ağacları arıtlayır, bəzisi gül kollarına qulluq edir, bəzisi isə təmizlik işləri məşğul olurdu.
Zəng çölə vuruldu. Sinif otaqlarını gəzdikdə gördüm ki, bu otaqlarda, fənn kabinəsinə və sinfə aid bütün işlər var.
Səmadil müəllim söylədi ki, məktəbdə (35) müəllim, 121 şagird təhsil alır və 10 nəfər məzun olub, 6-sı ali məktəbə qəbul olub. Məktəb Heydər Əliyev Fondu tərəfindən təzə tikilib. İstilik sistemi kombidir, içməli bulaq suyu və müasir tipli şəraiti və s. var.
Qabaqcıl müəllimlər:
1.İsmayılova Rübabə Dil-Ədəbiyyat. Yüksək bal, Milli qəhrəman ailəsi
2.Qabilova Qənirə Dil-Ədəbiyyat
Nəhayət, müəllimlər otağına gəlib, ‘Uğur olsun sizə ’ deyib razılıqla məktəbdən ayrıldım. Doğurdan da bu məktəbdə rəhbərlik günün tələbləri səviyyəsində idi.
Nəriman Məhərrəmov
Xüsusi müxbir, ‘Sözün sehri’
Diplomu laureatı