ŞƏHİDLƏR
Yazım qoy hamının olsun xəbəri
Allah qatındadır şəhidin yeri
Şəhidlər ölməyir, qalırlar diri
Onlar fəxaratdir Azarbaycana
Kimin nə haqqı var bunlar dana?!
Gözü yaşlı qaldı bu gün analar
Çıxmaz yadımızdan heç vaxt onlar
Şəhidə hər yerdə böyük hörmət var
Şahidi olarsan getsən hər yana
Onlar fəxarətdir Azərbaycana
Vətəni qorudu qeyrətlə onlar
Atılıb döyüşə cürətlə onlar
Bu gün yad edilir hörmətlə onlar
Vatənin yolunda qıydılar cana
Onlar fəxaratdir Azarbaycana
Bu gün hər bir yerdə şəhid məzarı
Bəzənib sanki bir cənnət gülzarı
Çünki qoruyublar doğma diyarı
Qıyıblar qorxmadan bir şirin cana
Xoşbəxtlik gətirib Azarbaycana!
Şəhidlər, qazilər, iştirakçılar
Nə qədər döyüşkən, mərd ordumuz var
İlham yumruğundan güc alıb onlar
Qorxmadan qıyıblar bir şirin cana
Fəxarət olublar Azərbaycana!
Allah qatındadır səhidin yeri
Onlar heç ölməyir, qalırlar diri
Bu gün bax onların, inan hər biri
Daim fəxarətdir Azarbaycana!
Nərimanam, gəl məni yaxşıca anla
Yazmıșam bu șeiri çox həyacanla
Əgar səhvim varsa, məni az danla
Qurbanam şəhidə getsəm har yana
Onlar fəxarətdir Azərbaycana!
Nəriman Məhərrəmov
Xüsusi müxbir
"Sözün sehri" diplomu laureatı