Gələcəyin ümidvericiləri yetişir.
Ölməz Prezidentimizin bu müdrik kəlamını rəhbər tutaraq ölkədə təhsilin inkişafı istiqamətində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev Cənabları və onun çalışqan xanımı Mehriban xanım Əliyeva fədakarlıq göstərərəkonun bugünkü yüksək səviyyəyə çatmasına nail oldular.
Bu yaxınlarda İsmayıllı şəhərində olarkən, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecini də ziyarət etdim. Kollecin həyətinə daxil olarkən, hər yanda yaşıllıq, səliqə-sahman, təmizlik diqqətimi cəlb etdi. Belə qənaətə gəldim ki, deməli, məktəbdə nizam-intizam və işlər də öz qaydasındadır. Bu əgər həqiqətən də belədirsə, o zaman belə qənaətə gəlmək olar ki, rəhbərlik də öz işlərini günün tələbləri səviyyəsində qura bilib.
Burada bir nəfər şəxs məni çox səmimi qarşıladı. Kollecin Şöbə müdiri Elmir Ağayevlə görüşüb və gəlişimin məqsədini bildirdikdən sonra o məni öz otağına dəvət etdi. Bir qədər söhbət etdikdən sonra Elmir müəllim məni kollecin direktoru Kəmalə Süleymanlının otağına apardı. Otağa daxil olduqda direktor Kəmalə müəllim bir müəllimə nə isə izah edirdi. Direktor bizi görərək ayağa qalxdı və məni mehribancasına qarşıladı. Mən gəlişimin səbəbini dedikdə razılığını bildirərək mənə əyləşməyi təklif etdi. Kəmalə müəllimdən lazımi sənədləri - plan-proqramları, gündəlik, rübülk, illik görüləcək işlərin planını tələb etdim. O hər bir sənədi səliqə ilə mənə təqdim etdi. Mən tək-tək həmin sənədlərlə tanış oldum və keçirilən tədbirlərin, yoxlanılacaq sahələrin çoxməzmunlu, hərtərəfli olduğunun şahidi oldum. Sonra isə mən ondan qeyd dəftərini xahiş elədim. Həmin qeyd dəftərində icra olunan tədbirlərin tarixlərini plan-proqramdakı tarixlərlə tutuşdurduqda hər şeyin üst-üstə düşdüyünə bir daha əmin oldum. Bütün bu sadaladıqlarıma, peşəkarlığına, eləcə də, göstərilən diqqət və qayğıya görə direktor Kəmalə müəllimə razılığımı bildirirəm!
Onu da qeyd edim ki, fənn müəllimlərinin, laboratoriya müdirinin, kitabxana müdirinin, valideyn komitəsinin və digər kollec işçilərinin gördüyü işlərə nəzər yetirərkən onların da bütün işlərini direktorları kimi müasir tələblərə uyğun olaraq icra etdiklərini, işlərinə məsuliyyətlə yanaşdıqlarını görmüş oldum.
Həmçinin auditoriyaları də ziyarət etdim və bəzi tələbələri sual-cavab etdim. Bu zaman onların verdiyi dolğun cavabları, açıqcası, məndə təəccüb hissi doğurdu və sevindim ki, nə yaxşı ki, indiki gənclər belə dünyagörüşünə sahibdirlər. Ani olaraq öz-özümə dedim ki, bu tələbələr həqiqətən də gələcəyin ümidvericiləridirlər. Onların hər biri yetişən kadr kimi hansı sahələrdə çalışmaqlarından asılı oımayaraq, inanıram ki, işlərində uğurlu olacaqlar. Kəmalə xanım da qeyd etdi ki,məzun olan tələbələrin əksəriyyəti müxtəlif sahələrdə xidmət göstərirlər. Bundan sonra da çalışacağıq ki, ixtisaslarımızın sayını artıraq, tələbata uyğun ixtisaslar təşkil edək və tələbələrimizi savadlı, bacarıqlı bir kadr kimi yetişdirək ki, cəmiyyətimizə, dövlətimizə xeyirli bir mütəxəssis olsunlar.
Təhsil müəssisələrinin cərgəsinə yeni qoşulmuş İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ötən ilin sentyabr ayında dərslərə başlanılıb və həmin il 7 ixtisas üzrə 212 tələbə təhsil alıb, ümumilikdə burada İsmayıllı rayonu da daxil olmaqla, 33 rayondan təhsil almağa gələn tələbələr var. Kollecdə 38 müəllim fəaliyyət göstərir. Hazırda orta ixtisas üzrə təhsil alan 1014-dən artıq tələbə qeydə alınır və hazırda peşə tədrisi mərkəzinin 2-ci mərtəbəsində yerləşən kollecin yeni binasının tikilməsi nəzərdə tutulub.
Nəhayət, Kollecin kollektivinə öz təşəkkürümü bildirib, onlara “Uğur olsun!” deyirəm!
Nəriman Məhərrəmov
Xüsusi müxbir
“Sözün sehri” diplomu laureatı