respublikainfo

Üç ölkə Suriya ilə bağlı görüş keçirəcək

2-12-2024, 21:36

Üç ölkə Suriya ilə bağlı görüş keçirəcək
qafqazinfo.az verdiyi melumata esasen

Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Nazirlər səviyyəsində keçirilməsi gözlənilən görüşdə Suriyada vəziyyətin nizamlanması məsələsi müzakirə ediləcək. 

H.Fidanın sözlərinə görə, o, artıq Astana prosesinin bərpa edilməsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib. O bildirib ki, format yaxın zamanlarda yenidən təşkil ediləcək.

Xatırladaq ki, noyabrın 28-də “CNN” Suriyada müxalifət qüvvələrinin Hələbin qərbində hökumət qüvvələrinə hücum etdiyini yazıb. Hücum nəticəsində üsyançı qüvvələr çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Noyabrın 30-da isə Suriyanın Müdafiə Nazirliyi silahlı qruplaşmanın Hələbin bir çox bölgəsinə daxil olduğunu açıqlayıb. 

Onu da qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Platforma çərçivəsində görüşlər Astanada 2017-ci ildən başlayıb. Ötən ilin yayında Astana prosesinin rəsmən başa çatdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Astanada Suriyada vəziyyətin nizamlanmasına dair 20 beynəlxalq görüş keçirilib. 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 50}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17