Fərid Tahirov – Məlikkəndin ictimai həyatında fəal dövlət qulluqçusu
Göyçay rayonunun Məlikkənd kəndində uzun illərdir fəaliyyət göstərən dövlət qulluqçularından biri də Tahirov Fərid İkram oğludur. O, 21 iyun 1988-ci ildə anadan olmuş, 2005–2009-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır.
Fərid Tahirov 2012-ci ildən Göyçay rayon İcra Hakimiyyətinin Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsində çalışır. Hazırda o, ikinci dərəcəli dövlət qulluqçusudur.
Məlikkənd kəndində ictimai işlərdə fəal olan Fərid müəllim sakinlər arasında öz məsuliyyətli fəaliyyəti ilə tanınır. Onun sözlərinə görə, işlədiyi müddətdə daim şəhid ailələri və qazilərin yanında olmuş, rayon icra başçısının rəhbərliyi ilə onlara tez-tez baş çəkmiş və sosial dəstəyin göstərilməsinə kömək etmişdir.
Fərid Tahirov həm də Yeni Azərbaycan Partiyasının tərəfdarıdır. O bildirir ki, 2025-ci ildə kənddə görülən işlərə görə kənd sakinləri öz razılıqlarını ifadə ediblər. Bu da onun fəaliyyətinə verilən ən böyük qiymətdir.
Respublikainfo.az saytının xüsusi müxbiri olaraq kənd sakinləri ilə söhbət apararkən biz də şahid olduq ki, Fərid müəllimin dedikləri kənd camaatının fikirləri ilə üst-üstə düşür. Sakinlər onun işgüzar, qayğıkeş və diqqətli bir insan olduğunu qeyd etdilər.
Beləliklə, Fərid Tahirov öz səmimiyyəti, vətəndaşlara qayğısı və dövlətə sədaqəti ilə Məlikkənd kəndinin ictimai həyatında mühüm rol oynayan şəxslərdən biridir.
Nəriman Məhərrəmov,
xüsusi müxbirSözün sehri” diplomu laureatı