respublikainfo

Əgər insan doğru-düzgün bir yoldadırsa... - polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov...

27-04-2025, 22:37

Əgər insan doğru-düzgün bir yoldadırsa... - polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov...
Respublikainfo.az saytının verdiyi məlumata əsasən.



Əlihəsənov millətimizin yətişdirdiyi bir ziyalıdır. O, sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır.

Polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, polis məmuru kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandır!

Polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin, prezidentimizin və cənab nazirin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

O, məmur gücü ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Bəli, Tovuz RPŞ-nin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov istər calışdığı kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

Söhbət zamanı Niyaməddin müəllim bildirdi ki, bu gün rayonumuz pois şöbəsinin rəisi, polis polkovniki Habil Əmraslanovun diqqət və qayğısı sayəsində cinayətkarlığa, xüsusilə narkotiklərə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərimizə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğrulduruq. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan Tovuz polisi vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr vermək əzmindədir.
Əgər insan doğru-düzgün bir yoldadırsa... - polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov...

Nəriman Məhərrəmov,
xüsusi müxbirSözün sehri” diplomu laureatı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 252}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17