Ət alarkən bunlara diqqət edin!
Ölkənin müxtəlif bölgələrində dabaq xəstəliyinin yayılması əhalidə ciddi narahatlıq yaradıb. Xəstəliyin heyvandan insana keçmə ehtimalı az olsa da, vətəndaşların narahatlığı hələ də qalır.
“Qafqazinfo” mövzu ətrafında yaranan suallara əvvəlcə rəsmi qurumlardan cavab almağa çalışdı.
İnsana yoluxma ehtimalı ilə əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan verilən açıqlamada Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxmanın qeydə alınmadığı bildirildi: “Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.
Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.
Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər”.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev də bu gün verdiyi açıqlamada dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalının sıfra yaxın olduğunu qeyd edib: “Bu ehtimal demək olar ki, yoxdur. Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki, yoxdur”. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müraciətimizə cavab olaraq deyildi ki, Agentlik ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır: “Baytarlıq haqqında” Qanuna əsasən, heyvan mənşəli məhsulların (insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsullar) istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. Heyvan mənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsul qəbuluna və satışına icazə verilir. Həmin təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan mənşəli məhsul qəbulu, saxlanması və satışı ərazinin səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında mümkündür”.
Həmçinin məlumatda qanunvericiliyə əsasən, heyvan kəsiminin yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalı olduğu vurğulanıb: “Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yarada bilər. İstehlakçılar yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvan mənşəli məhsulları almalıdır. Belə sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müraciətimizə cavab olaraq deyildi ki, Agentlik ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır: “Baytarlıq haqqında” Qanuna əsasən, heyvan mənşəli məhsulların (insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsullar) istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. Heyvan mənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsul qəbuluna və satışına icazə verilir. Həmin təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan mənşəli məhsul qəbulu, saxlanması və satışı ərazinin səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında mümkündür”.
Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 25 oktyabrdan etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq: “Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək”.aşkarlandıqda xüsusi karantin tədbirləri görülür. Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsilə yayılaraq böyük ərazilərə sirayət edir. Dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.
Lamiyə Məmmədova