respublikainfo

Faiq Ağayev xalqı təhqir edən deputatın cavabını verdi

25-12-2016, 11:15

Faiq Ağayev xalqı təhqir edən deputatın cavabını verdi





















Xalq artisti Faiq Ağayev millət vəkili Astan Şahverdiyevin fikirlərinə münasibət bildirib.

Deputatın aksiyada saxlanılanlarla bağlı dediyi "saxlanılanlar ən "yarıy” (ruscadan tərcümədə "azğın”, "qudurğan” deməkdir – red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm" sözləri xalq artistini əsəbiləşdirib.

O sosial şəbəkədə yazıb: Biri o millət vəkilinə desin ki, "ярый" - Azərbaycanca "qatı, şiddətli", bəzi hallarda isə "azğın" kimi tərcümə olunur. Günümüzə bax da. Əgər, deputat Ana dilində danışmaqda çətinlik çəkirsə, sıravi vətəndaşdan hansı savadı tələb edəsən".

Deputat həmçinin müsahibəsində deyib ki, mitinqə çıxanlar nəşəli adamlardır, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 188}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17