respublikainfo

Qəbələ Kürd kənd tam orta məktəbindəki İcma Əsaslı Məktəbəqədər Uşaq Təhsil Mərkəzində

22-11-2024, 20:56

Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun x Azərbaycan oşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində yaradılmış Qəbələ şəhər Kürd kənd tam orta məktəbindəki İcma Əsaslı Məktəbəqədər Uşaq Təhsil Mərkəzində olarkən həqiqətən də bu haqda olan layihənin olduğu kimi həyata keçirildiyinin şahidi oldum. Bu təhsil mərkəzi Azərbaycanda 2019-cu ildən fəaliyyətə başlayıb. Təhsil mərkəzinə layihəyə əsasən 3-4 yaşında uşaqlar cəlb edilib. Hal-hazırda həmin kənddə Təhsil mərkəzində 19 uşaq təhsil alır. Təhsil mərkəzində uşaqlar məktəbəqədər təhsil üzrə hər biri 2-2.5 saat olmaqla həftədə 4 dəfə təhsil alırlar. Dərslər yeni və eston mütəxəssislər tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqram uşaqların 4 inkişaf sahəsini əhatə edir:
1. Sosial
2. İdrak və ümumi bilik
3. Yaradıcı inkişaf
4. Fiziki inkişaf

Bu da erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Mən İcma qrupunun müəllimi Kazımova Sona xanımın dərsllərində olarkən iş planlarına, proqramına baxarkən, gördüm ki, həqiqətən də müəllim icma əsaslı məktəbəqədər təhsil layihəsindən irəli gələn məsələləri dərindən başa düşmüş və uğurla həyata keçirir. Sona xanım uşaqların çox yaxşı vaxt keçirmələrinə, onların yeni biliklərə yiyələnməsinə çox diqqət yetirir. Onun üçün də kənddə uşaqları təhsil alan bütün valideynlər ondan çox razıdırlar.
Məktəbdə olarkən qrup müəllimi dedi ki, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Təhsil Şöbəsinin məsləhətçiləri icma qrupunun işləri ilə maraqlanıb öz məsləhət və tövsiyələrini verirlər. Bu da onun öz üzərində çalışıb yaxşı işləməsinə kömək edir. Sonra Kürd kənd tam orta məktəbin direktoru Məmmədəliyeva Gövhər məni səmimi qarşılayıb öz otağına təklif etdi. Söhbət əsnasında Gövhər xanım qeyd etdi ki, direktor müavinləri və valideyn komitəsi mütəmadi olaraq öz diqqət və nəzarətlərini əsirgəmirlər. Sonra Gövhər xanımdan ayrılarkən kollektivlə sağollaşıb onlara işlərində uğurlar dilədim.
Qəbələ Kürd kənd tam orta məktəbindəki İcma Əsaslı Məktəbəqədər Uşaq Təhsil Mərkəzində

Nəriman Məhərrəmov
Xüsusi müxbir, “Sözün sehri” diplomu laureatı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 281}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17