respublikainfo

Putindən açıqlama gəldi — Yeni il bayramında bundan dəhşətli cinayət ola bilməz

1-01-2017, 17:09

Putindən açıqlama gəldi — Yeni il bayramında bundan dəhşətli cinayət ola bilməz

















Rusiya prezidenti Vladimir Putin İstanbulda baş verən terror hadisəsi ilə bağlı açıqlama verib.

Putin Ərdoğana zəng edərək baş sağlığı verib.

Açıqlamada deyilir: “Yeni il tədbirlərində məsum insanları öldürməkdən pis bir cinayət yoxdur. Terrorçuların qəlbində insani hisslər yoxdur. Bizim ortaq vəzifəmiz terror hücumlarına qərarlı bir formada cavab verməkdir”.

Rusiya prezidenti terrorla mübarizə məsələsində Rusiyanın hər zaman Türkiyənin yanında olduğunu və etibarlı partnyor olduğunu vurğulayıb. Putin terror hadisəsi zamanı həlak olanların ailələrinə və doğmalarına baş sağlığı verib, yaralananlara şəfa diləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 116}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17