respublikainfo

Putin yaponların it hədiyyəsini rədd etdi

10-12-2016, 14:14

Putin yaponların it hədiyyəsini rədd etdi

















Rusiya prezidenti Vladimir Putin dekabrın 15-16-da Yaponiyaya rəsmi səfər edəcək.

“Qafqazinfo” “Tass.ru”ya istinadən xəbər verir ki, Yaponiya hökuməti Putinə səfər zamanı daha bir “akita-inu” cins itini hədiyyə etməyi planlaşdırıbmış. Lakin Rusiya tərəfi hədiyyəni qəbul etməyəcəyini bildirib. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Koiti Haqiud söyləyib.

Rusiyanın bu cür qərar verməsinin səbəbi bilinmir.

Xatırladaq ki, qubernator Norihsa Satake Rusiya Yaponiyaya təbii fəlakətlər zamanı kömək göstərdiyinə görə 2012-ci ildə Vladimir Putinə “akita-inu” küçüyünü, Rusiya lideri isə yapon qubernatora sibir pişiyini hədiyyə etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 175}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17