respublikainfo

Dövlət qulluğuna hazırlaşanlara şad xəbər

21-06-2017, 12:52

Dövlət qulluğuna hazırlaşanlara şad xəbər

















Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsahibələr ödənişsiz olacaq

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib ki, müsahibənin keçirilməsi ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna edilən müvafiq dəyişikliklər layihəsi Milli Məclis tərəfindən bu yaxınlarda qəbul edilib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən müsahibə qrupunun tərkibi 3 nəfərdən ibarət olacaq, onlardan biri müvafiq dövlət orqanının nümayəndəsi, biri Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, biri isə müstəqil ekspert olacaq. M.Abbaszadə qeyd edib ki, müsahibə barədə elan Dövlət İmtahan Mərkəzinin və müvafiq dövlət orqanının internet portalında veriləcək:

“Müsahibələr ödənişsiz olacaq. Yardımçı vəzifələr üzrə müsabiqələr keçirilməyəcək. Qeyd edilən qanun qüvvəyə mindikdən sonra müsahibələrin keçirilməsi qaydasının təsdiq edilməsi gözlənilir və həmin qaydalarla müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası tənzimlənəcək”. (qaynarinfo)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 185}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17