respublikainfo

Onu banka rəhbər qoyub, 4 milyon sərvət verdilər - Azərbaycanda ilk dəfə

1-04-2017, 16:11

Onu banka rəhbər qoyub, 4 milyon sərvət verdilər - Azərbaycanda ilk dəfə















Şakir Rəhimov “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri təyin olunub. Diqqəti cəlb edən səhmdar olmayan bir şəxsin Bankda bir nömrəli vəzifəyə təyin olunmasıdır.

“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyev “Marja”ya müsahibəsində bildirib ki, 28 Mart 2017-ci il tarixində keçirilmiş yığıncaqda da Səhmdarlar kapitalın yenidən 20 milyon manat artırılmasına qərar veriblər. Artım yalnız mövcud səhmdarlar tərəfindən nəzərdə tutulur:

“Biz bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə nizamnamə kapitalının məbləği 77 milyona çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil.

Əlavə olaraq, artımdan sonra nizamnamə kapitalının 5% hissəsi müşahidə şurasının yeni sədri qismində banka cəlb olunan Şakir Rəhimova təqdim olunacaq. Belə bir beynəlxalq təcrübənin bizim bankda tətbiqi, idarəetmədə iştirak edən şəxslərin bankın uzunmüddətli hədəflərində maraqlı olmasını təmin etmək məqsədini daşıyır. Mən, belə bir innovativ yanaşma vasitəsilə bank sistemində peşəkarların idarəetməyə cəlb olunmasını Azərbaycanda ilk dəfə tətbiq etməkdən məmnunluq hissi duyuram”.

Qeyd edək ki, 77 milyon manatın 5%-i 3 milyon 850 min manatdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 180}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17