respublikainfo

Yaralı tələbələrin vəziyyəti necədir? - Nazirlikdən açıqlama

13-03-2017, 15:34

Yaralı tələbələrin vəziyyəti necədir? - Nazirlikdən açıqlama

















Keçən həftə Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələrdən hazırda 9-u xəstəxanada müalicələrini davam etdirir.

Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 5 tələbə müayinə olunur.

"Sumqayıtda olan tələblərdən ikisi Kliniki Tibbi Mərkəzə köçürülüb. Onların üz-çənə nahiyyəsində əməliyyat aparılacaq. Kliniki Tibbi Mərkəzdə yaralı tələbələrin sayı 4, Sumqayıtdakı Xəstəxanada olan yaralı tələbələrin sayı isə 5-dir. Onların vəziyyətləri stabildir”.

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.

///azvision.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 189}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17