respublikainfo

İlham Əliyev nazirlərlə birgə Pakistana gedir

17-02-2017, 18:57

İlham Əliyev nazirlərlə birgə Pakistana gedir

















Azərbaycan prezidenti İlham Əliyev Pakistana səfəri zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək

Bu barədə Pakistanın “Tribune” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Azərbaycan prezidentinin Pakistana səfəri mart ayının əvvəlində baş tutacaq. Prezident İlham Əliyevin Pakistana nazirlər və yüksək vəzifəli məmurlardan ibarət nümayəndə heyəti ilə səfər edəcəyi gözlənilir.

Bundna əlavə səfər zamanı Azərbaycanla Pakistan arasında bir sıra iqtisadi sənədlərin imzalanması bildirilir.

Pakistandan işçi qüvvəsinin cəlb olunması, Pakistana neft və qaz tədarükü, həmçinin Azərbaycan şirkətləri tərəfindən sıxılmış qaz terminalının yaradılması səfərin gündəliyini təşkil edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 190}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17