respublikainfo

Rami Usubov istintaqın rəisini və 3 müstəntiqi işdən qovdu

23-05-2017, 13:46

Rami Usubov istintaqın rəisini və 3 müstəntiqi işdən qovdu

















Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib. Bununla bağlı daxili işlər naziri Ramil Usubovun əmr imzalayıb

Bu barədə istiqlal.az-a polisdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, S.Hidayətzadə deputat Elmira Axunovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.

Bir müddət əvvəl youtube portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdır. Məhz bu səs yazısından sonra DIN- də daxili yoxlama aparılmış və Seymur Hidayetzadeye xidməti uyqunsuzluq barədə cəza verilmiş və barəsində Yasamal rayon Prokurorluqunda araşdırılma başlanmışdır

Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaratmışdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 118}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17