respublikainfo

Erməniləri kəskin zərbələr gözləyir - general Aydəmirov

20-05-2017, 15:58

Erməniləri kəskin zərbələr gözləyir - general Aydəmirov

















Ermənistan bu gün Azərbaycanla açıq döyüş girə bilmir

Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov cəbhə bölgəsində ermənilərin son təxribatları ilə bağlı Axar.az-a danışarkən deyib. General vurğulayıb ki, Ermənistan ordusu ordu səviyyəsində deyil və Azərbaycan Ordusu ilə müharibə aparmaq qabiliyyətindən çox uzaqdır:

“Ermənistan nə texniki-təminat məsələlərində, nə döyüş qabiliyyətində, nə də döyüş təlimlərinin keçirilməsində lazımı vəsaiti tapa bilir. Ona görə də Azərbaycanla açıq, qarşı-qarşıya döyüşlərdə iştirak etmək əvəzinə ön cəbhə xəttində və yaşayış məntəqələrində dinc əhaliyə qarşı müxtəlif təxribatlara yol verir. Bu, ermənilərin həmişəki sifətidir, onların psixologiyası əvvəldən də bundan ibarət olub. Ermənistan bu gün Azərbaycanla açıq döyüş girə bilmir. Əgər ermənilər təxribatları bu şəkildə davam etdirərlərsə, sözsüz ki, bundan da ağır zərbələr alacaqlar. Ordumuzun iradəsi, dözümlüyü nə qədər möhkəm olsa da, Azərbaycan ermənilərin həyasızlığına göz yuma və yaxud sakit reaksiya verə bilməz, odur ki, çox kəskin zərbələr alacaqlar”.

Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

16 may axşam saatlarından başlayaraq isə gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 166}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17