respublikainfo

“Azərbaycanla oturub razılığa gələcəyik” - Ermənistanın baş naziri

21-03-2017, 14:15

“Azərbaycanla oturub razılığa gələcəyik” - Ermənistanın baş naziri
















“İstisna etmirəm ki, bir müddət sonra biz Azərbaycanla oturub oyun qaydaları barədə razılığa gələcəyik. Bu o demək deyil ki, dostlaşacağıq, lakin o deməkdir ki, qonşuluqda, eyni ərazidə birgə necə yaşayacağımız barədə razılığa gələcəyik”, - bunu Ermənistanın baş naziri Karen Karapetyan yaşlı bir seçicinin Türkiyə və Azərbaycanla sülh və mehriban qonşuluğu necə təsəvvür etməsi barədə sualına cavab olaraq deyib.

Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, Ermənistan baş nazirinin sölərinə görə, buna baxmayaraq, ölkənin indiki hakimiyyəti Qarabağ məsələsində erməni müxalifətinə nisbətən daha möhkəmdir.

“Vətəndaşlarımız bizi müxtəlif məsələlərdə tənqid edə bilərlər, lakin Qarabağ məsələsində biz daha möhkəmik, çünki Qarabağın öz taleyini müəyyənləşdirməsinə və təmas xəttinə öz şərəfimiz, heysiyyətimiz və identikliyimiz məsələsi kimi yanaşırıq”, - K.Karapetyan deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 141}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17