respublikainfo

Ziya Məmmədov "Qurani Kərim" oxumağa başladı

3-03-2017, 16:43

Ziya Məmmədov "Qurani Kərim" oxumağa başladı

















Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədov boş vaxtını mütaliəyə ayırıb.

Bu barədə eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov məlumat verib.

E.Məmmədov bildirib ki, Ziya Məmmədov hazırda istirahət edir: "Çünki uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə də hazırda vaxtını istirahətə sərf edib. Mütaliəyə geniş vaxt ayırıb. Bildiyiniz kimi, Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır".

"Ziya Məmmədovu yaxın vaxtlarda hansısa sahədə görə bilərikmi?" sualına Elton Məmmədov belə cavab verib: "Ziya müəllim sağlam düşüncəli, potensiallı, intellekti yüksək olan insandır. Yəqin ki, 10-15 gün istirahət edəndən sonra hansısa sahəni seçmək məsələsində qərar verər. Amma onun yerinə mən konkret nəsə deyə bilmərəm".


///Modern.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 179}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17