respublikainfo

Teymur Əmraha vəzifə verildi

30-07-2017, 15:45

Teymur Əmraha vəzifə verildi














Əməkdar artist Teymur Əmrah Gəncə Dövlət Filarmoniyasında vəzifəyə təyin edilib.

"Sənətçi artıq bir müddətdir, filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərovun müavini vəzifəsini icra edir.

Qeyd edək ki, filarmoniyanın yeni binasının təməli 2012-ci il yanvarın 21-də qoyulub.

Bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılıb. Binada restoran və kafelər, yeraltı qaraj da var. Açılış mərasiminin payızda keçirilməsi nəzərdə tutulur.

///axşam.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 157}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17