respublikainfo

Aygün Kazımovaya DTX-da iş verildi - FOTO

27-05-2017, 16:53

Aygün Kazımovaya DTX-da iş verildi - FOTO

















Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.

Bu barədə femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.

Aygün Kazımovanın mətbuat xidmətinin rəhbəri İsa Şükürov isə aznews.az-a bildirib ki, sənətçiylə bağlı əmr bu gün verilib: “Dövlət Təhlükəsizlik Xidmətindən dəvət gəldi. Aygün Kazımova da bu dəvəti qəbul elədi.”

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən “28 MAY – Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib.
Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib.

Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 185}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17