respublikainfo

"WhatsApp"da bir gündə 63 milyard mesaj yazıldı

10-01-2017, 16:03

Yeni il gecəsi "WhatsApp"da 63 milyard mesaj yazılaraq rekorda imza atılıb.

"WhatsApp" "Facebook" tərəfindən 2014-ün oktyabrında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1 milyard istifadəçi sayına çatıb. Tətbiq sürətli inkişafı nəticəsində "Facebook"a aid "Messenger"i də çoxdan geridə qoyub.

GSM operatorlarının pulsuz mesajlaşma paketlərinin olmasına baxmayaraq çoxsaylı ağıllı telefon istifadəçisi "WhatsApp" tətbiqini üstün tutur və xususi günlərdə belə təbrik mesajlarının çoxu "WhatsApp" üzərindən göndərilir. Belə ki, Yeni il gecəsi WhatsApp" üzərindən 63 milyard mesaj göndərilib, bu mesajların 7.9 milyardı şəkil, 2.4 milyardı videodan ibarətdir .

Qeyd edək ki, ötən ilin aprelində "WhatsApp" və "Messenger" üzərindən gündəlik 42 milyarda yaxın mesaj göndərilirdi. F8 konfransda Mark Zukerberq çıxışı zamanı hədəflərinin bu iki tətbiqdə günlük 60 milyard mesaj sayına çatmaq olduğunu söyləmişdi. "WhatsApp"ın bir gündə çatdığı mesaj sayı Zukerberqin hədəfinin çox tez reallaşdığını göstərir. Apreldə şifrələmə xususiyyəti əlavə olunan "WhatsApp" noyabrda çoxdan gözlədiyi videozəng xususiyyətinə qovuşub.

///Technote


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 209}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17