respublikainfo

Azərbaycanda siqaretlə bağlı qadağalar artırılır

31-05-2017, 16:33

Azərbaycanda siqaretlə bağlı qadağalar artırılır

















Azərbaycanda tütündən (siqaretdən) istifadə ilə bağlı daha bir qadağa qoyulur.

APA xəbər verir ki, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatları haqqında” qanuna təklif edilən əlavələr müzakirə olunub.

Qanunun 20-ci (tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması) maddəsinə təklif edilən əlavəyə əsasın, tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün stimullaşdırıcı lotereyaların keçirilməsi də qadağan olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 195}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17