respublikainfo

Daha bir bank çökdü - 600 nəfər ixtisar edildi, 14 filial qapadıldı

7-05-2017, 14:19

Daha bir bank çökdü - 600 nəfər ixtisar edildi, 14 filial qapadıldı

















AccessBank da kütləvi ixtisarlar baş verib

Bu barədə istiqlal.az-a bankdakı mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, apreldə bankın 600 əməkdaşı ixtisar edilib.

İxtisarlara səbəb bankın gəlirlərinin əvvəlki illərə nisbətən qat-qat aşağı düşməsi, pullarını banklarda saxlayan şəxslərin kütləvi formada banklardan pullarını geri çəkməsi, kredit alanların kəskin şəkildə azalmasıdır.

Mənbənin sözlərinə görə, eyni zamanda bankın 14 filialı da qadılıb. İlin sonuna kimi bankın lisenziyasının geri alınması və rəsmən müflis olacağı gözlənilir. Bankın xarici təsisçiləri də artıq banka kənarda sərmayə cəlb etmək iqtidarında deyil - deyə mənbə vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, 4 bankın- “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsilə Azərbaycanda bankların sayı 37-dən 33-ə düşüb.

Manatın kəskin devalvasiyasına qədər ölkədə 45 bank fəaliyyət göstərib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 162}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17