respublikainfo

Gəncədə ana ölümü baş verib

13-12-2016, 00:23

Gəncədə ana ölümü baş verib




















Dekabrın 9-də Gəncədə ana ölümü qeydə alınıb.

Abbas Səhhət adına Gəncə Mərkəzi Rayon xəstəxanasının doğum şöbəsində 21 yaşlı Səbinə Abdullayeva doğuş zamanı ölüb.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, Gəncə sakini olan ananın ürəyində qüsur olub, hamiləlik vaxtı həkimə getməyib.

Onun sözlərinə görə, xəstəxanaya doğuş sancısı ilə daxil olan ananın doğuşdan sonra ürəyindəki qüsurlar üzə çıxıb:

"Aparılan müalicəyə baxmayaraq, ana ürək çatışmazlığından ölüb. Meyit təşrihə aparılıb, materiallar hələ Doğuşayardım Komissiyasına daxil olmayıb. Patoloji müayinələrdən sonra onun səbəbləri komissiya tərəfindən də araşdırılacaq. Ana dünyasını dəyişsə də, uşaq sağdır”.

///APA


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 139}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17