respublikainfo

Kamil polisə çağırılmasından danışdı - “Həyat davam edir...”

19-01-2017, 13:19

Qalmaqallı idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılmasına münasibət bildirib. O, teleqraf.com-a açıqlamasında məsələ ilə vəkilinin məşğul olduğunu qeyd edib:

"Vəkilim məlumat verəcək. O haqda danışmaq istəmirəm. Hər şey qaydasındadır. Həyat davam edir. Öz işimlə məşğulam".

Kamil instagram hesabını bağlamasına belə aydınlıq gətirib:

"İnstaqram səhifəmi bağladım. Çünki fikirlərim bir az qarışıqdır".

Qeyd edək ki, K. Zeynallı instaqram hesabında jurnalisti təhqir etdiyi üçün polisə çağırılmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 126}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17