respublikainfo

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” qışqıran şəxs saxlanıldı

31-07-2017, 14:01

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” qışqıran şəxs saxlanıldı














ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

APA xəbər verir ki, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 129}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17