respublikainfo

Azərbaycanda İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu

17-07-2017, 16:04

Azərbaycanda İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu

















Abşeron rayonunda silahlı insident baş verib.

Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.
Abşeron Rayon Prokorurluğundan "Report”a verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan "Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 131}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17