respublikainfo

Bakının mərkəzində ağır qəza: Məmur öldü

10-07-2017, 12:59

Bakının mərkəzində ağır qəza: Məmur öldü

















Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Aztb.info Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonunun Nobel prospektində “Mercedes” markalı, 10 OK 280 dövlət qeydiyyat nişanlı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə avtomobili idarə edən 1979-cu il təvəllüdlü Qurbanov Ramin Mərdan oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən 37 yaşlı Ramin Qurbanov Xətai rayonu üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 161}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17