respublikainfo

Sabiq deputat Fərhad Qəribovun ailəsində faciə

30-05-2017, 13:16

Sabiq deputat Fərhad Qəribovun ailəsində faciə

















Bakının Binəqədi rayonunda gənc qadınının ölümü ilə bağlı bəzi detallar məlum olub

Missiya.az xəbər verir ki, özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır. Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub. L.Qəribova iki uşaq anasıdır.

Hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Qeyd edək ki, L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da iştirak edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 199}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17