respublikainfo

İslamiadada xoşagəlməz hadisə - Baş məşqçi xəstəxanalıq oldu

13-05-2017, 15:58

İslamiadada xoşagəlməz hadisə - Baş məşqçi xəstəxanalıq oldu

















Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında xoşagəlməz olay yaşanıb

Apasport.az saytının məlumatına görə, futbol yarışlarında iştirak edən Kamerun U-23 millisinin baş məşqçisi Riçard Tova ölümdən dönüb.

Bu barədə Kamerun mətbuatına milli komandanın həkimi Tamo Moktama açıqlama verib. O, bildirib ki, baş məşqçi Mərakeşlə oyunun 31-ci dəqiqəsində komandası hesabı açdıqdan sonra sevincdən huşunu itirib. Onu əvvəlcə stadionun tibb məntəqəsinə, daha sonra isə təcili xəstəxanaya aparıblar.

Kardiologiya şöbəsinə yerləşdirilən və müayinə olunan afrikalı çalışdırıcının hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Kamerun – Mərakeş matçı 1:1 hesablı bərabərliklə başa çatıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 206}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17