respublikainfo

"Bağışla, bacı, sənə qardaşlıq edə bilmədim..." - Faciəvi qəzada ölən Lalənin qardaşı

15-03-2017, 18:53

"Bağışla, bacı, sənə qardaşlıq edə bilmədim..." - Faciəvi qəzada ölən Lalənin qardaşı
















Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolundakı faciəvi qəzada ağır yaralanan Lalə Nəsibzadə komadan ayılmayıb, dünyasını dəyişib.

Mərhum tələbənin qardaşı bacısının yoxluğuna alışa bilmir. O, yol qəzasında rəhmətə gedən Laləni xatırlayaraq kədərini belə ifadə edib:

"Mən Nəsibəm, Sumqayıt şossesində baş vermiş qəzada komadan ayılmayıb rəhmətə gedən Lalənin qardaşı. O qardaş ki bu 18 ildə nə bir qardaş kimi qardaşlıq eləməmiş, nə ona doyunca günlər yaşatmamış. O qardaş ki axırıncı dəfə çatdırıb üzünü görə bilmədim. Allahdan 8 martda zəng edib səsini eşidə bilmişdim son dəfə. Amma nə biləydim bu sondur. Həqiqətən insan hər şeyin qədrini itirəndən sonra bilir. Demirəm ki, qədrini bilməmişəm, demirəm ki nəyisə əsirgəmişəm ondan, xeyr, amma nə bilim, kimsə onun haqqında soruşanda belə heç kimə adını belə deməyəcək qədərə qıymırdım. İlk dəfədir ki, bacımla bir şəkil paylaşıram, heç ağlıma gəlməzdi, həmçinin belə vəziyyətdə. Nə deyim, nələr deyim ki, ürəyim boşalsın. Allah köməyimiz olsun, başqa heç nə".
///Big.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 143}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17