respublikainfo

“Vertolyotla tutub oradan aşağı ataram” - Prezident hədələdi

29-12-2016, 22:19

“Vertolyotla tutub oradan aşağı ataram” - Prezident hədələdi














Filippin başçısı Rodriqo Duterte korrupsiya ilə məşğul olan səlahiyyətli şəxslərə hədə-qorxu gəlib.

agdam.info xarici KİV-ə istinadən xəbər verir ki, Filippin lideri rüşvət alan məmurları vertolyotdan atmaqla təhdid edib. O, “Əgər korrupsiya ilə məşğul olmusunuzsa, sizi vertolyotla tutaram və aşağıya ataram”,-deyib.

Prezident onu da vurğulayıb ki, vəzifəsindən asılı olmayaraq, rüşvət alan hər kəsi bu cəza gözləyir.

Rodriqo Duterte bildirib ki, daha əvvəl də belə bir cəza tətbiq edib. Onun sözlərinə görə, girov götürdükləri şəxsi öldürən cinayətkarları sözügedən formada cəzalandırıb. Lakin prezident bu hadisənin harada və nə zaman olduğu barədə əlavə açıqlama verməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 125}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17