respublikainfo

Tarkan Bakıda 2 saata 500 min dollar qazanacaq? - Açıqlama

24-04-2017, 15:02

Tarkan Bakıda 2 saata 500 min dollar qazanacaq? - Açıqlama















Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə səhnəyə çıxacaq məşhur türkiyəli müğənni Tarkanın nə qədər qonorar alacağı bəlli olub

Türkiyə mətbuatında yer alan məlumatlara görə, meqastar 2 saatlıq konsert proqamı üçün 500 min dollar alacaq.

Qeyd edək ki, “Formula 1” 1 Grand-Pri yarışları çərçivəsində ilk günün ulduzu Tarkan olacaq. Digər iki ulduzun adı isə hələ açıqlanmayıb.

Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai AzVision.az-a bildirib ki, müqavilənin şərtləri konfedensialdır və bu barədə açıqlama verilmir.

“Tarkan tərəfinin də öhdəlikləri var ki, qonorarın məbləği açıqlanmasın. Ola bilsin ki, bu hansısa saytın istinadsız xəbəridir və inanmağa ehtiyac yoxdur. Bizim tərəfimizdən heç bir şərh olmayacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 181}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17