respublikainfo

Bayramla əlaqədar qeyri iş günləri açıqlandı

11-12-2016, 16:22

Bayramla əlaqədar qeyri iş günləri açıqlandı




















Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar ölkədə 5 gün iş olmayacaq. 2016-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1 və 2-si də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur.

Nazirlər Kabinetinin qərarına görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 senyabr Qurban bayramıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 193}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17