respublikainfo

Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO

23-03-2017, 17:22

Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO














Bakının məşhur ticarət mərkəzlərində Ermənistan istehsalı olan mallar satılır.

BakiPost.az xəbər verir ki, “Park Bulvar” və “Gənclik Mall”da fəaliyyət göstərən “OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə “Made in Armenia” yazılan paltarlar təqdim edilir.

Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır.

OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.

Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşı deyib ki, Ermənistan istehsalı olan malların satlılması mümkünsüzdür:

“Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir”.

Mağaza nümayəndəsinə malların üzərindəki “Made in Armenia” etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o, yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib.


Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO
Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO
Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO
Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO
Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 210}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17