respublikainfo

Dəhşətli istilər gəlir - XƏBƏRDARLIQ

22-03-2017, 14:32

Dəhşətli istilər gəlir - XƏBƏRDARLIQ














“2016-cı ildə havanın temperaturu normal səviyyədən 1,1 dərəcə yüksək olub. Bu il isə havanın temperaturu daha da yüksələcək.”

İstipress xəbər verir ki, bu barədə Ümumdünya meteorologiya təşkilatının hesabatında bildirilir.

Təşkilatın iqlim araşdırmalar proqramının direktoru Devid Karlsonun sözlərinə görə, hətta güclü El-Ninyo axını olmadan 2017-ci ildə bütün planetdə əhəmiyyətli dəyişiliklər olacaq.

“Cənubi və Mərkəzi Afrikada güclü quraqlıq müşahidə ediləcək. Dənizlərin səviyyəsi çox yüksəlib. Bundan başqa, isti hava dalğaları Arktikaya qədər gedib çıxıb. Bu, Kanada və ABŞ-da iqlimi təhlükə altına satıb. Bu ölkələrdə isti hava, ərəb ölkələrində isə əksinə soyuq hava müşahidə ediləcək”, - Ümumdünya meteorologiya təşkilatının araşdırmaçıları bildirir.

Qeyd olunur ki, 2016-cı ildə qlobal temperatur rekord səviyyədə olub. Ekstremal tendensiya 2017-ci ildə də müşahidə ediləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 156}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17