respublikainfo

“Bəzi deputatlar özlərini reklam edirlər” - Yevda Abramov

19-01-2017, 15:19

"Milli Məclisin İnsan Hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.

Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Y.Abramov deyib ki, belə olan halda vətəndaş Milli Məclisdən incik düşür: "Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Mətbuatda deputatın təyyarədə qəhvə içməsinə qədər yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmadığını bildirib:

"Dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil. Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.

Deputat Tahir Kərimli də Yevda Abramovun fikirlərinə dəstək verdiyini söyləyib.

///Ölkə.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 158}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17