respublikainfo

İqtidarla müxalifət arasındakı qohumluq əlaqələri - Köhnə amma dəyişməyən reallıq + Video

14-08-2017, 13:28

İqtidarla müxalifət arasındakı qohumluq əlaqələri - Köhnə amma dəyişməyən reallıq + Video













İqtidarla müxalifət arasında olan qohumliuq əlaqələrindən bəhs edən köhnə amma dəyişməyən reallığı əks etdirən video çarxı təqdim edirik

AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Əhəd Abıyevin qardaşı qızı Zümrüd Qəhrəmanlıdır.

Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı ilə evlənib.

İsa Qəmbərin xanımı Aida Qəmbər (Bağırova) Heydər Əliyevin xanımı Zərifə Əliyevanın xalası nəvəsidir.

İlham Əliyevin köməkçisi, katibəsi Dilarə Seyidzadə El Hərəkatının sədri Eldar Namazovun doğma xalasıdır.

Bəxtiyar Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin qohumudur.

Qurban Məmmədov və qardaşı Sərdar Cəlaloğlu (Məmmədov) deputat Siyavuş Novruzovun bibisi nəvələridir.

Deputat Eldar İbrahimov jurnalist Eynulla Fətullayevin anasının doğma xalası oğludur. (Altun.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 163}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17