respublikainfo

Müdafiə Nazirliyi: hərbçi Həsən Nağıyevin ölümü xəbəri yalandır

11-07-2017, 13:09

Müdafiə Nazirliyi: hərbçi Həsən Nağıyevin ölümü xəbəri yalandır

















Müdafiə Nazirliyi (MN) “Vətən Sağ Olsun” adlı feysbuk sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2 iyul 2017-ci il tarixdə Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab verib

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib, 2017-ci ilin yanvar ayında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağ-salamatdır və Şəmkir rayonunda yaşayır.

Müdafiə Nazirliyi bildirir ki, dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmən maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 156}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17