respublikainfo

Sarkisyanın Brüssel səfərinin SİRRİ ORTAYA ÇIXDI: Putinin Qarabağ planına qarşı HƏMLƏ

22-06-2017, 16:14

Sarkisyanın Brüssel səfərinin SİRRİ ORTAYA ÇIXDI: Putinin Qarabağ planına qarşı HƏMLƏ

















Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə yola düşüb.

Publika.az xəbər verir ki, Ermənistan prezidenti Avropa Xalq Partiyasının sammitində iştirak edəcək.

Sarkisyanın səfəri Avropa İttifaqının Ermənistandakı səfiri Pyotr Svitalskimlə mübahisə fonunda diqqət çəkir. İrəvan səfiri ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Səfir isə cavabında bildirib ki, Avropa İttifaqı İrəvan xahiş etdiyi üçün Ermənistana kömək edir. Əgər lazım deyilsə, bunu etməyə bilərlər. İstisna deyil ki, Sarkisyan Brüsseldə münasibətləri yoluna qoymağa çalışacaq. Lakin ehtimal olunur ki, səfər qədər səfirlə mübahisəni Sarkisyan bilərəkdən yaradıb və Brüsseldə bu hay-küydən "kozır" kimi istifadə edəcək.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Sarkisyanın Brüssel səfərinin əsas məqsədinin dəstək əldə etmək olduğunu yazıb.
“Bu dəstək Sarkisyan üçün əhəmiyyətdidir və hər şey təkcə maliyyə dəstəyinin əldə edilməsi ilə məhdudlaşmır. Sarkisyan Dağlıq Qarabağ məsələsində geosiyasi balansın yaranmasını və Avropanın bu məsələdə dəstəyini gücləndirməyi istəyir. Əsas məqsəd də Rusiyanın “Kazan planı”na qarşı alternativ yaratmaqdır”, - deyə o qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 159}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17