respublikainfo

Facebook televiziyalara meydan oxudu: yeni video xidməti təklif edir

10-08-2017, 14:35

Facebook televiziyalara meydan oxudu: yeni video xidməti təklif edir













Sosial media nəhəngi Facebook hər istifadəçiyə həsr olunmuş videoya doğru addım atıb.

Bu, onun Youtube və televiziya şəbəkələrinə meydan oxuması hesab olunur.

İstifadəçilər tezliklə yeni Watch(İzlə) adlı platformada sosial şəbəkə tərəfindən maliyyələşdirilən şoulara baxa biləcək.

İstifadəçilərin şoulara baxış seçimi onların dostlarının nələri izlədiyinə də bağlı olacaq.

Tamaşaçılar şoulara şərh yaza biləcək və şou üçün nəzərdə tutulmuş qruplarda dostları ilə fikirlərini bölüşə biləcək.

"Şouya baxış passiv olmalıdır," şirkətin təsisçisi MarkZuckerberg Facebook statusunda yazıb.

"Bu təcrübə ilə bölüşmək və təxminən eyni şeyləri baxan insanları birləşdirmək şansı ola bilər."

Video bir müddətdir ki, Facebook-da mövcuddür, amma indiyədək əsasən xəbər qurumlarının qısa klipləri və həvəskar videolar nümayiş etdirilirdi.

İndiki halda isə istifadəçiləri videodan əvvəl, eləcə də baxış zamanı hədəflənmiş reklam gözləyəcək.

Watchyeniliyini irəli sürməklə Facebook qarışıq və mürəkkəb bir bazara girir.

Burada onu ənənəvi televiziyalar, eləcə də YouTube və Netflixkimi video şəbəkələri ilə yarış gözləyir.

Watch bütün dünyada təqdim edilməmişdən öncə ABŞ istifadəçiləri üçün mövcud olacaq (BBC).


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 227}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17