respublikainfo

AzTV əməkdaşlarının videosu yayıldı: "Qardaşcanı "plavki"mizin 70 dollar qiyməti var" - VİDEO

14-04-2017, 17:59

AzTV əməkdaşlarının videosu yayıldı: "Qardaşcanı "plavki"mizin 70 dollar qiyməti var" - VİDEO
















Xəbər verdiyimiz kimi, Azərbaycan Cibutiyə humanitar yardım göndərib.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.

Cibutiyə humanitar yardımı aparan qrupun tərkibində Azərbaycan Dövlət Televiziyasının əməkdaşları da olub. Onlar Cibuti xalqının vəziyyətin və ölkəmizin dəstəyini işıqlandırmaq üçün həmin ölkəyə gediblər. Telekanalın operatoru Namiq Vəliyev və müxbiri Tural Həmidzadə bu ölkəyə yola düşən kimi ilk işləri video çəkib sosial şəbəkədə paylaşmaq olub.

Onların bu videosu böyük qəzəblə qarşılanıb. Videoda əməkdaşlar Cibuti ilə zarafatlaşıblar, onlar qeyd edib ki, "Hal hazırda kasıbların az olduğu "Kempinski" oteldəyik. Otel gördüyünüz kimi çox kasıb oteldir. Qardaşcanı "plavki"mizin 70 dollar qiyməti var"

Həmin görüntüləri təqdim edirik:
azxeber.com


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 166}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17