respublikainfo

Azərbaycanda eks-nazir müavini səhnəyə çıxıb elə ifa etdi ki... - VİDEO

5-04-2017, 15:39

Azərbaycanda eks-nazir müavini səhnəyə çıxıb elə ifa etdi ki... - VİDEO















Təhsil nazirinin keçmiş müavini, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın çoxlarına məlum olmayıan bacarığı aşkarlanıb.

Modern.az xəbər verir ki, professor İradə Hüseynova yaxşı mahnı oxumaq və rəqs etmək qabiliyyətinə malikdir. Eks-nazir müavininin bu qabiliyyəti hətta elə səviyyədədir ki, onun bəzi peşəkar müğənni və rəqqasələrlə rəqabət apara biləcək gücündə olduğu da bildirilir.

Xatırladaq ki, İradə Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsində çalışıb. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-ci ildə “Əməkdar müəllim” fəxri ada layiq görülüb.

Hazırda Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiridir. O, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, həmçinin Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir. Ailəlidir, iki qizi, iki nəvəsi var.

Modern.az saytı İradə Hüseynovanın incəsənət bacarığının əks olunduğu videonu təqdim edir:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 172}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17