respublikainfo

Bazarlarda qiymətlər bahalaşdı (VİDEO)

28-07-2017, 12:57

Bazarlarda qiymətlər bahalaşdı (VİDEO)















Bazarlarda bəzi meyvə və tərəvəzlərin mövsümü olsa da, qiymətləri bahadır.

Aztb.info "Xəzər TV"yə istinadən xəbər verir ki, satıcılar bunu bazara çıxarılan məhsulun az olması ilə izah eləyir.

Mövsümü olmasına baxmayaraq ən çox bahalaşan pomidor və qarpızdır.

Satıcılar yaxın günlərdə qiymətlərin düşəcəyini deyir.

Alıcılar da qiymətlərin bu dövrdə yetişən məhsullarda artdığını deyirlər.

Pomidor və qarpızdan fərqli olaraq bəzi məhsulların qiymətində ucuzlaşma var. Şaftalı ilə yanaşı bu il üzüm və kartofda bolluq var.

Satıcılar deyir ki, bəzi rayonlarda məhsullar tam yetişməyib .Bu səbəbdən yaxın günlərdə qarpız və pomidorun qiymətində də enmə gözlənilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 145}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17