respublikainfo

TƏCİLİ!!! Dollarla bağlı şad xəbər - FED-in qərarından sonra...

27-07-2017, 15:52

TƏCİLİ!!! Dollarla bağlı şad xəbər - FED-in qərarından sonra...














ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal reserve System, FED) uçot dərəcəsinin sabit saxlanılması barədə qəbul etdiyi qərardan sonra dolların indeksi 2016-cı ilin iyun ayından etibarən minimum həddə enib

Bugünkü ticarət sessiyasında dolların ABŞ-ın altı əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi 0,04% azalaraq 93,36 bəndədək zəifləyib. Sessiya ərzində dollar hətta 93,15 bəndədək geriləyib ki, bu da 2016-cı ilin iyun ayının 24-dən etibarən ən aşağı göstəricidir.

Avronun dollara qarşı məzənnəsi 1,1747 dollaradək bahalaşıb. Ötən sessiyanın sonunda 1 avro 1,1735 dollara ticarət olunub.

ABŞ valyutasının Yaponiya yeninə nisbətən məzənnəsi isə 111,06 yen səviyyəsinə qədər geriləyib. Halbuki ötən sessiyada 1 dollar 111,17 yen olub.

Xatırladaq ki, ötən gün başa çatan ikigünlük iclasın ardınca FED bəyan edib ki, uçot dərəcəsi 1-1,25% səviyyəsində saxlanılıb. Tənzimləyicinin yaydığı press-relizdə qeyd olunub ki, balansdakı aktivlərin azaldılması prosesinə "nisbətən tez" başlanacaq.

FED əlavə edib ki, ABŞ-ın əmək bazarı möhkəmlənməkdədir, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirir. İllik inflyasiya hələ də mərkəzi bankın hədəf göstəricisi olan 2%-dən aşağı olaraq qalır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 145}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17