respublikainfo

Ərzaq məhsullarının qiyməti endirildi - SİYAHI

20-04-2017, 13:01

Ərzaq məhsullarının qiyməti endirildi - SİYAHI
















Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir

Azərbaycanın aparıcı şirkətlərindən olan "Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb.

Şirkətlər Qrupu tərəfindən istehsal olunan "Zolotoye solnişko”, "Final”, "Möcüzə”, " Zoluşka” , "Evim” markalı günəbaxan ve qarğıdalı yağlarına 6-8 %,

"Zoluşka” "Kulinarka” ve "Krestyanskoye” markalı spred yağlarına, "Zeytun bağları” markalı zeytun yağına 5 %,

"Aura”, "Evim” markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 %,

"Calve” , "Knorr” ve "Hellmans” markalı müxtəlif souslara 13-35 %,

Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarına isə 14-28 % endirim edilmişdir.

Qeyd edək ki, "Azərsun Holdinq” bir müddət əvvəl şəkər tozunun qiymətini 5 % yəni hər tona görə 60 manat aşağı salmışdı. (Musavat.com)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 198}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17