respublikainfo

Neftimiz bahalaşıb

19-12-2016, 12:09

Neftimiz bahalaşıb

















CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 56,2 dollar/barel təşkil edib ki, bu da dekabrın 15-nə olan göstəricidən 1,55 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 55,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,61 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 16-da 51,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 16-da 53,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,74 dollar/barel çoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 156}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17